"Fənərbaxça"nın hücumçusu millidə zədələndi

18:20 - 24 Sentyabr 2022

Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Coşua Kinq sıradan çıxıb. 30 yaşlı forvard Norveç milli komandasının düşərgəsində zədələnib.

 

Təcrübəli futbolçu yığmanın UEFA Millətlər Liqasında Sloveniya və Serbiya ilə matçlarını buraxacaq.


Qeyd edək ki, "Fənərbağça" Coşua Kinqi mövsümün əvvələində transfer edib. O, "sarı-lacivərtlilər"in heyətində meydana çıxdığı 8 oyunda 3 qola imza atıb.

Xəbər xətti