"Fənərbaxça" derbidə dəstəksiz qalacaq

17:53 - 27 Sentyabr 2022

Türkiyə Super Liqasının 8-ci turunda baş tutacaq "Beşiktaş" - "Fənərbaxça" matçında qonaq komandanın azarkeşləri iştirak edə bilməyəcək.

 

Sportal.az xəbər verir ki, bu barədə yerli qurumlar qərar qəbul edib. Məlumatı "Beşiktaş"ın mətbuat xidməti yayıb. "Fənərbaxça" azarkeşləri üçün nəzərdə tutulmuş bilətlər də ev sahiblərinin tərəfdarlarına satışa çıxarılacaq.

 

Qeyd edək ki, 2 oktyabr tarixində baş tutacaq "Beşiktaş" - "Fənərbaxça" derbisi Bakı vaxtilə saat 21:00-da start götürəcək.

Xəbər xətti