"Fənərbaxça" derbiyə ciddi itkilərlə çıxacaq

17:59 - 30 Sentyabr 2022

"Fənərbaxça" Türkiyə Super Liqasının 8-ci turu çərçivəsində səfərdə "Beşiktaş"ın qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, "sarı-lacivərtlilər" İstanbul derbisinə ciddi itkilərlə çıxacaq. "Kanarya"nın müdafiəçisi Serdar Aziz, hücumçular Emre Mor və Coşua Kinq zədə səbəbindən vacib oyunda iştirak edə bilməyəcəklər.

 

Qeyd edək ki, "Beşiktaş" - "Fənərbaxça" qarşılaşması 2 oktyabr tarixində Bakı vaxtilə saat 21:00-da start götürəcək.

Xəbər xətti