"Fənərbaxça"nın futbolçusu 1 ay oynamayacaq

13:14 - 7 Oktyabr 2022

Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Mert Hakan Yandaş sıradan çıxıb. Bu barədə komandanın baş məşqçisi Jorje Jesus məlumat verib.

 

Dizindən zədələnən 28 yaşlı futbolçu bir ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Qeyd edək ki, Mert Hakan Yandaş "Fənərbaxça"ya 2020-ci ilin yayında "Sivasspor"dan transfer olunub. Türkiyə millisinin üzvü cari mövsümdə "sarı-lacivərtlilər"in heyətində meydana çıxdığı 8 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti