"Qalatasaray" rəsmisindən Ronaldo açıqlaması

17:59 - 11 Oktyabr 2022

"Qalatasaray"ın vitse-prezidenti Metin Öztürk adı klubla hallanan Kriştiano Ronaldo ilə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin rəsmisi portuqaliyalı ulduzun gündəmlərində olmadığını deyib:

 

"Qalatasaray"da Kriştiano Ronaldodan öncə sistem, layihə və plan barədə danışmalıyıq. Hazırda görürsünüz ki, ötən mövsümün büdcəsi hesabına dünya ulduzlarını transfer etmişik. Önəmli olan bunlardan yüksək nəticə əldə etməkdir. Ronaldo cari mövsüm üçün gündəmimizdə deyil"

 

Qeyd edək ki, Kriştiano Ronaldonun "Mançester Yunayted"lə müqaviləsi mövsümün sonuna kimidir. 37 yaşlı forvard cari mövsümdə komandanın heyətində meydana çıxdığı 10 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti