İstanbul klubunda yeni müqavilə

19:10 - 12 Oktyabr 2022

Türkiyənin "Başakşehir" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Ömer Ali Şahinerin sözləşməsinin müddətini uzadıb. Bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat verib.

 

30 yaşlı yarımmüdafiəçi 2024-cü ilin yayına kimi "Başakşehir"in şərəfini qoruyacaq. Müqavilə tərəflərin razılığı əsasında daha 1 il müddətinə uzadıla bilər.

 

Qeyd edək ki, Ömer Ali Şahiner "Başakşehir"ə 2021-ci ilin yanvar ayında "Konyaspor"dan transfer olunub. Təcrübəli oyunçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 13 matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti