"Trabzonspor" "Monako"nun qarşısına 7 itki ilə çıxacaq

20:59 - 12 Oktyabr 2022

"Trabzonspor" Avropa Liqası qrup mərhələsinin dördüncü turunun oyununda doğma meydanda "Monako"nu qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, Türkiyə klubu bu matça ciddi itkilərlə çıxacaq. "Bordo-mavilər"in futbolçuları Dorukhan Tököz, Edin Visca, Bruno Peres, Serkan Asan, Trezege və Abdulkadir Ömür zədə, Maksi Qomes isə qırmızı vərəqə cəzasına görə vacib matçda oynamayacaq.

 

Qeyd edək ki, "Trabzonspor" - "Monako" qarşılaşması sabah Bakı vaxtilə saat 23:00-da "Akyazı" stadionunda baş tutacaq.

Xəbər xətti