"Beşiktaş"da ciddi itki: 10 gün oynamayacaq

14:13 - 17 Oktyabr 2022

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Raşid Gezzal sıradan çıxıb.

 

30 yaşlı futbolçu Türkiyə Super Liqasının 10-cu turunun "Trabzonspor"la matçının 45-ci dəqiqəsində zədələnərək meydanı tərk edib. Əlcəzairli vingerin ən azı 10 gün yaşıl meydanlardan uzaq qalacağı ehtimal edilir.

 

Qeyd edək ki, Raşid Gezzal 2020-ci ilin yayından "Beşiktaş2da çıxış edir. Təcrübəli futbolçu cari mövsümdə "qara qartallar"ın heyətində meydana çıxdığı 5 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti