UEFA Türkiyəni cəzalandırdı

21:10 - 17 Oktyabr 2022

UEFA Türkiyə Futbol Federasiyasını cəzalandırıb.

 

Sportal.az xəbər verir ki, buna səbəb Türkiyə millisinin Millətlər Liqası 5-ci Turunun Lüksemburqla matçı olub. Belə ki, azarkeşlər oyun zamanı meydana yad əşyalar atıb.

 

Qitənin ali futbol qurumu "ay-ulduzlular"ı 25 min avro məbləğində cərimələyib. Bundan başqa Türkiyə yığmasının növbəti ev oyununda 5 min oturacaq boş saxlanılmalıdır.

 

Qeyd edək ki, Türkiyə - Lüksemburq qarşılaşması 3:3 hesablı bərabərliklə başa çatıb.

Xəbər xətti