"Beşiktaş" hücumçusunu itirdi

21:29 - 17 Oktyabr 2022

Türkiyənin "Beşiktaş" klubunun heyətində növbəti ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Vout Veqorst sıradan çıxıb.

 

"Qara qartallar"ın rəsmi saytının yaydığı məlumata görö, niderlandlı forvard Super Liqanın 10-cu turunun "Trabzonspor"la matçında zədələnib. 30 yaşlı forvardın 10 gün yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

 

Qeyd edək ki, "Beşiktaş"ın yarımmüdafiəçisi Raşid Gezzal da "Trabzonspor"la qarşılaşmada zədlənib.

Xəbər xətti