"Fənərbaxça" 3 xalı 3 qolla qazandı - VİDEO

11:59 - 18 Oktyabr 2022

Türkiyə Super Liqasında 10-cu tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, turun son oyun günündə "Fənərbaxça" səfərdə "Ankaragücü"nün qonağı olub. Qarşılaşma İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 20-yə yüksəldən "Fənərbaxça" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Ankaragücü" isə 7 xalla 17-ci yerdədir.

 

"Ankaragücü" - "Fənərbaxça" 0:3

Qollar: Mişi Batşuayi, 3, İrfan Can Kahveçi, 25, Dieqo Rossi, 90+2

 

Xəbər xətti