"Beşiktaş"ın yeni baş məşqçisi məlumdu

18:56 - 27 Oktyabr 2022

Türkiyənin "Beşiktaş" klubunun yeni baş məşqçisi məlum olub.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisini Şenol Güneş çalışdıracaq. Bu barədə "TRT Spor" məlumat yayıb. 70 yaşlı mütəxəssislə sabah 1,5 illik müqavilə imzalanacaq.

 

Şenol Güneş daha əvvəl 2015-2019-cu illərdə "Beşiktaş"ı çalışdırıb.

 

Qeyd edək ki, təcrübəli mütəxəssis "qara qartallar"ın baş məşqçisi postunda dünən istefaya göndərilən Valerien İsmaeli əvəz edib.

Xəbər xətti