Şenol Günəş rəsmən "Beşiktaş"da

12:26 - 28 Oktyabr 2022

Türkiyənin "Beşiktaş" klubunun yeni baş məşqçisi rəsmən bəlli olub.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisini Şenol Günəş çalışdıracaq. Bu barədə "qara qartallar"ın mətbuat xidməti məlumat yayıb. 70 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.

 

Təcrübəli çalışdırıcı "Beşiktaş"ın baş məşqçisi postunda iki gün əvvəl istefaya göndərilən Valerien İsmaeli əvəz edib.

 

Qeyd edək ki, Şenol Günəş 2015-2019-cu illərdə "Beşiktaş"ı çalışdırıb. Komanda onun rəhbərliyi altında iki dəfə Türkiyə çempionu titulunu qazanıb.

Xəbər xətti