"Qalatasaray" Super Liqa matçına xüsusi forma ilə çıxacaq

19:55 - 28 Oktyabr 2022

"Qalatasaray" Türkiyə Super Liqasının 13-cü turu çərçivəsində səfərdə "Fatih Karagümrük"ün qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, "sarı-qırmızılar" bu matça xüsusi forma ilə çıxacaq. Bu barədə klubun tvitter səhifəsi məlumat yayıb.

Formanın üzərində "Cümhuriyyətin 100-ü "Qalatasaray" yazısı əks olunub.

 

Qeyd edək ki, "Fatih Karagümrük" - "Qalatasaray" qarşılaşması bu gün Bakı vaxtilə saat 21:00-da start götürəcək.

Xəbər xətti