"Qalatasaray" "Benfika"nın hücumçusunu göndərəcək

15:27 - 31 Oktyabr 2022

"Qalatasaray" mövsümün əvvəlində "Benfika"dan icarəyə götürdüyü Haris Seferoviçi vaxtından əvvəl göndərəcək.

 

Sportal.az xəbər verir ki, icarə müddəti mövsümün sonuna kimi olan 30 yaşlı forvardın performansı məşqçilər korpusunu qane etmir. Türkiyə mətbuatının yazdığına görə, isveçrəli futbolçu qışda "Benfika"ya qayıdacaq.

 

Qeyd edək ki, Haris Seferoviç "Qalatasaray" forması ilə meydana çıxdığı 8 Super Liqa matçında qol vura bilməyib. Təcrübəli hücumçu Türkiyə Kubokunun "Kastamonuspor"la oyununda (7:0) fərqlənməyi bacarıb.

Xəbər xətti