Türkiyə millisinin üzvü daha 5 il "Trabzonspor"da

16:54 - 1 Noyabr 2022

Türkiyənin "Trabzonspor" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, son çempion Abdulkadir Ömürün sözləşməsinin müddətini uzadıb. Türkiyə yığmasının üzvü 2027-ci ilin yayına kimi Qara Dəniz təmsilçisinə məxsus olacaq,

 

Qeyd edək ki, Abdulkadir Ömür "Trabzonspor"un yetirməsidir. 23 yaşlı vinger "bordo-mavilər"in heyətində meydana çıxdığı 171 matçda 23 qol və 27 məhuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti