"Fənərbaxça"nın 4 futbolçusu "Dinamo"ya qarşı oynamayacaq

22:45 - 1 Noyabr 2022

"Fənərbaxça" Avropa Liqası qrup mərhələsinin 6-cı turunda səfərdə Kiyev "Dinamo"sunun qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi bu qarşılaşmaya ciddi itkilərlə çıxacaq. Mert Hakan Yandaş, Dieqo Rossi, Qustavo Enrike və Luan Peres vacib görüşdə "sarı-lacivərtlilər"ə kömək edə bilməyəcək.

 

Qeyd edək ki, "Dinamo" - "Fənərbaxça" matçı 3 noyabr tarixində Bakı vaxtilə saat 00:00-da baş tutacaq.

Xəbər xətti