İstanbul derbisinin hakimləri açıqlandı

17:49 - 2 Noyabr 2022

Türkiyə Super Liqasının 13-cü turu çərçivəsində baş tutacaq "Qalatasaray" - "Beşiktaş" matçının hakimləri açıqlanıb.

 

Sportal.az xəbər verir ki, İstanbul derbisini Halil Umut Meler idarə edəcək. Ona yan xətt hakimləri Mustafa Emre Eyisoy və İbrahim Çağlar Uyarcan kömək edəcək.

 

Qarşılaşmanın dördüncü hakimi funksiyasını isə Kadir Sağlam yerinə yetirəcək.

 

Qeyd edək ki, "Qaratasaray" - "Beşiktaş" görüşü 5 noyabr tarixində Bakı vaxtilə saat 21:00-da baş tutacaq.

Xəbər xətti