Derbi öncəsi "Beşiktaş"da şok itki

18:55 - 4 Noyabr 2022

"Beşiktaş" Türkiyə Super Liqasının 13-cü turu çərçivəsində səfərdə "Qalatasaray"ın qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, "qara qartallar" İstanbul derbisinə ciddi itki ilə çıxacaq.

 

"Ağ-qaralar"ın hücumçusu Vaut Veqorst məşq zamanı zədələnib. Qolundan zədə alan niderlandlı forvard derbidə forma geyə bilməyəcək.

 

"Beşiktaş" Vaut Veqorstu mövsümün əvvəlində "Börnli"dən icarəyə götürüb.30 yaşlı qolçu komandanın heyətində meydana çıxdığı 12 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Qeyd edək ki, "Qalatasaray" - "Beşiktaş" qarşılaşması sabah Bakı vaxtilə saat 21:00-da baş tutacaq.

Xəbər xətti