"Fənərbaxça"nın hücumçusu İtaliyada oynaya bilər

20:19 - 4 Noyabr 2022

Baş məşqçi Jorje Jezusun şans vermədiyi Serdar Dursun Fənərbaxça"dan ayrılmaq istəyir.

 

Sportal.az xəbər verir ki, "sarı-lacivərtlilər"in Avropa Liqası heyətinə daxil edilməyən 31 yaşlı forvard karyerasını İtaliyada davam etdirməyə yaxındır.

 

"Spetsia" təcrübəli hücumçunu transfer etmək istəyir. İtaliya mətbuatının yazdığına görə A Seriyası təmsilçisi qış transfer pəncərəsi zamanı Türkiyə yığmasının üzvü üçün klubu ilə danışıqlara başlayacaq.

 

Qeyd edək ki, Sərdar Dursun 2021-ci ilin yayından "Fənərbaxça"da çıxış edir. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 11 matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti