"Atalanta" Merih Demiralı Türkiyə millisinə buraxmadı

21:40 - 14 Noyabr 2022

"Atalanta"nın müdafiəçisi Merih Demiral Türkiyə milli komandasının heyətindən kənarlaşdırılıb.

 

Sportal.az xəbər verir ki, futbolçu klubunun tələbi ilə yığmanın düşərgəsinə qatılmayacaq. Türkiyə Futbol Federasiyasının (TFF) yaydığı açıqlamada deyilir:

 

"Atalanta"da forma geyinən Merih Demiral klubunun "Atalanta" - "İnter" matçından sonra göndərdiyi tələbə əsasən FIFA-nın oyunçuların statusu və transfer təlimatının 1-ci fəslinin 1-ci maddəsinin 6-cı bəndinə görə, milli komandanın heyətindən çıxarılıb".

 

Qeyd edək ki, Türkiyə yığması noyabrın 16-sı Şotlandiya, 19-u isə Çexiya ilə yoldaşlıq oyunu keçirəcək.

Xəbər xətti