Son çempion iki futbolçu ilə müqavilə imzaladı

16:14 - 17 Noyabr 2022

Türkiyənin "Trabzonspor" klubunda 2 yeni müqavilə imzalanıb.

 

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi Abdülkadir Ömür və Hüseyn Türkmenin sözləşməsinin müddətini uzadıb. Bu barədə son ölkə çempionunun rəsmi saytı məlumat yayıb.

 

Hər iki oyunçu ilə imzalanan müqavilənin müddəti 2027-ci ilin yayına kimidir. Hüseyin yeni sözləşməyə əsasən illik 10 milyon TL, Abdulkadir isə 20 milyon TL maaş alacaq.

 

Qeyd edək ki, futbolçuların hər ikisi "Trabzonspor"un yetirməsidir. Müdafiəçi Hüeyin Türkmen 2017-ci ildən, yarımmüdafiəçi Abdülkadir Ömür isə 2016-cı ildən əsas komandada çıxış edir.

Xəbər xətti