"Fənərbaxça"nın futbolçusu millinin oyununda zədələndi

18:35 - 17 Noyabr 2022

Türkiyə milli komandasının heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, "ay-ulduzlular"ın yarımmüdafiəçisi Ferdi Kadıoğlu sıradan çıxıb. Şotlandiya ilə yoldaşlıq görüşündə (2:1) zədələnən "Fənərbaxça"nın yarımmüdafiəçisi yığmanın düşərgəsini tərk edib.

 

Qeyd edək ki, Türkiyə millisi 19 noyabr tarixində Qaziantepdə Çexiya ilə hazırlıq matçı keçirəcək.

Xəbər xətti