"Qalatasaray"ın futbolçusu millinin məşqində zədələndi

21:56 - 17 Noyabr 2022

Türkiyə millisinin heyətində növbəti ciddi tiki baş verib.

 

Sportal.az xəbər verir ki, "ay-ulduzlular"ın hücumçusu Kerem Aktürkoğlu zədələnib. Məşq zamanı ayağından xəsarət alan "Qalatasaray"ın futbolçusunun durumu tibbi müayinədən sonra bəlli olacaq.

 

Türkiyə millisinin digər üzvü Ferdi Kadıoğlu da Şotlandiya ilə yoldaşlıq oyununda (2:1) zədələndiyi üçün düşərgəni tərk edib.

 

Qeyd edək ki, Kerem Aktürkoğlu cari mövsümdə "Qalatasaray"ın heyətində meydana çıxdığı 15 matçda 6 qol vurub.

Xəbər xətti