"Beşiktaş" ABŞ millisinin üzvü ilə yollarını ayırdı

12:25 - 18 Noyabr 2022

Türkiyənin "Beşiktaş" klubunda ayrılıq gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Tayler Boydla yollarını ayırıb. Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytında ABŞ millisinin üzvünün müqaviləsinin ləğv olunduğu göstərilib.

 

Qeyd edək ki, "Beşiktaş" Tayler Boydu 2019-c ilin yayında " Vitoria Gimaraeş"dən transfer edib. 27 yaşlı vinger son iki mövsümü icarə əsasında "Sivasspor" və "Riszəspor"da keçirib. Boyd cari mövsümdə "Beşiktaş"ın heyətində 45 dəqiqə meydanda olub.

Xəbər xətti