"Qalatasaray" niderlandlı ilə yolları ayırır

Türkiyənin "Qalatasaray" klubu Patrik van Aanholtla yolları ayırmağa hazırlaşır.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Okan Buruk niderlandlı sol cinah müdafiəçisinin performansından məmnun deyil. İstanbul təmsilçisi son 6 oyunda forma şansı qazana bilməyən 32 yaşlı futbolçu ilə qışda yolları ayıracaq.

 

Qeyd edək ki, Patrik van Aanholt "Qalatasaray"a 2021-ci ilin yayında "Kristal Pelas"dan transfer olunub. Təcrübəli futbolçu cari mövsümdə "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 9 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

Tarix: 19 Noyabr [14:58]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
7  Fevral 2017
© 2012 - 2023 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio