Sabiq "Qalatasaray"lı İstanbul klubunun baş məşqçisi təyin olundu

Türkiyənin "Kasımpaşa" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisini Selçuk İnan çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

37 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb. Sabah məşqçi ictimaiyyətə təqdim olunacaq.

 

Qeyd edək ki, Selçuk İnan 2011-2020-ci illərdə "Qalatasaray"da oynayıb. O, 2020-ci ilin yayından 2022-ci ilin yayına kimi "sarı-qırmızılar"ın baş məşqçisi Fatih Terimin köməkçisi vəzifəsində çalışıb.

Tarix: 21 Noyabr [23:06]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
7  Fevral 2017
© 2012 - 2023 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio