"Fənərbaxça"da ciddi itki

17:59 - 30 Noyabr 2022

Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, milli komandanın düşərgəsindən qayıtdıqdan sonra ayağında ağrılar hiss edən Arda Güler tibbi müayinədən keçib. 17 yaşlı yarımmüdafiəçinin dizində zədə aşkarlanıb.

 

Klubun yaydığı açıqlamada gənc futbolçunun müalicəsinə başlanıldığı bildirilib. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı müalicə prosesindən asılı olacaq.

 

Qeyd edək ki, Arda Güler cari mövsümdə "Fənərbaxça"nın heyətində meydana çıxdığı 13 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti