"Qalatasaray" milli üzvü ilə yeni müqavilə imzaladı

Türkiyənin "Qalatasaray" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Yunus Akgünlə sözləşmənin müddətini uzadıb. Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.

 

22 yaşlı vinger 2026-cı ilin yayına kimi "sarı-qırmızılar"a məxsus olacaq.

 

Qeyd edək ki, Yunus Akgün "Qalatasaray"ın yetirməsidir. Türkiyə millisinin üzvü cari mövsümdə "cim bom"un heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Tarix: 6 Dekabr [20:01]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
4 Fevral 2023
3  Fevral 2017
© 2012 - 2023 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio