Derbi öncəsi "Fənərbaxça"ya iki sevindirici xəbər

20:52 - 21 Dekabr 2022

"Fənərbaxça" Türkiyə Super Liqasının 15-ci turu çərçivəsində "Trabzonspor"un qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, derbi öncəsi İstanbul təmsilçisinin iki zədəli futbolçusu sıraya dönüb. Qapıçı Altay Bayındır və yarımmüdafiəçi Arda Güler komanda ilə birlikdə məşq edib.

 

Ezcan Alioskinin də növbəti həftə məşq prosesinə qayıdacağı gözlənilir. Hücumçu Joao Pedronun isə müalicəsi davam edir.

 

Qeyd edək ki, "Trabzonspor" - "Fənərbaxça" qarşılaşması 24 dekabr tarixində, Bakı vaxtilə saat 21:00-da baş tutacaq.

Xəbər xətti