Türkiyə millisinin keçmiş üzvü baş məşqçi oldu

21:15 - 21 Dekabr 2022

Türkiyə I Liqasında mübarizə aparan "Altınordu" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, İzmir təmsilçisini Gökhan Ünal çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 40 yaşlı mütəxəssislə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, bu, Türkiyə millisinin keçmiş üzvü olan Gökhan Ünalın ilk baş məşqçilik karyerası olacaq. O, daha əvvəl "Kayserispor", "Karşıyaka", "Keçiörengücü" və "Sakaryaspor"da köməkçi məşqçi vəzifəsində çalışıb.

Xəbər xətti