"Qalatasaray"ın müdafiəçisi zədələndi: 1 ay oynamayacaq

17:15 - 26 Dekabr 2022

Türkiyənin "Qalatasaray" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Kazımcan Karataş sıradan çıxıb. Bu barədə "sarı-qırmızılar"ın mətbuat xidməti məlumat yayıb.

 

19 yaşlı sol cinah müdafiəçisi Super Liqanın 15-ci turunun "İstanbulspor"la matçında (2:1) zədələnib. Tibbi müayinədən keçən gənc oyunçunun sol ayaq biləyinin yan bağlarında qopma aşkarlanıb. Futbolçunun 1 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

 

Qeyd edək ki, "Qalatasaray" Kazımcan Karataşı mövsümün əvvəlində "Altay"dan transfer edib. Türk futbolçu "cim bom"un heyətində 6 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti