"Beşiktaş" kamerunlu futbolçunu göndərəcək

11:28 - 27 Dekabr 2022

Türkiyənin "Beşiktaş" klubu bir futbolçusu ilə yollarını ayırmağı planlaşdırır.

 

Sportal.az xəbər verir ki, söhbər Kevin Nkududan gedir. İstanbul təmsilçisi intizamsız davranışlarına görə kamerunlu vingeri yola salmaq istəyir. "Qara qartallar" müqaviləsi mövsümün sonuna kimi olan 27 yaşlı futbolçunu qış transfer pəncərəsi zamanı satmaq niyyətindədir.

 

Qeyd edək ki, "Beşiktaş" Kevin Nkudunu 2019-cu ilin yayında "Tottenhem"dən transfer edib. Kamerun millisinin üzvü cari mövsümdə Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 14 matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti