"Beşiktaş" evdə 3 xala sevindi - VİDEO

10:59 - 30 Dekabr 2022

Türkiyə Super Liqasında 15-ci turun oyunları keçirilib.

Sportalaz xəbər verir ki, "Beşiktaş" doğma meydanda "Adana Demirspor"u qəbul edib. Qarşılaşma "qara qartallar"ın minimal hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 23-ə yüksəldən "Beşiktaş" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. "Adana Demirspor" isə 27 xalla 4-cü yerdədir.

"Beşiktaş" - "Adana Demirspor" 1:0
Qol: Artur Masuaku, 14

 

Xəbər xətti