Övladlarının təhsilinə görə Türkiyə klubundan ayrıldı

14:09 - 31 Dekabr 2022

Türkiyənin "Sivasspor" klubu Dia Saba ilə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. İsrailli futbolçu ailəvi səbəblərə görə Sivas klubundan ayrılıb. 31 yaşlı futbolçu övladlarının təhsil alması üçün Sivasda ingilisdilli məktəb olmadığı üçün bu qərarı verib.

 

Qeyd edək ki, "Sivasspor" Dia Sabanı mövsümün əvvəlində transfer etmişdi. Təcrübəli oyunçu komandanın heyətində meydana çıxdığı 20 matçda 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti