"Qalatasaray" fransalı üçün 15 milyon avro tələb edir

15:55 - 31 Dekabr 2022

"Qalatasaray" Avropa klublarından təkliflər alan Saşa Boyla yeni müqavilə imzalayacaq.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi fransalı sağ cinah müdafiəçisi ilə sözləşmə şərtlərini razılaşdırıb. Yanvar ayında tərəflər arasında yeni müqavilə imzalanacaq.

 

"Qalatasaray" 22 yaşlı futbolçunun sərbəstqalma məbləğini də artıracaq. Türkiyə klubu futbolçunu gələcəkdə ən azı 15 milyon avroya satmağı düşünür.

 

Qeyd edək ki, "Qalatasaray" Saşa Boyu 2021-ci ilin yayında Fransanın "Renn" klubundan transfer edib. Futbolçu cari mövsümdə "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 15 maytçda 2 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti