"Qalatasaray"la matçın yenidən keçirilməsini tələb edirlər

16:42 - 2 Yanvar 2023

"Sivasspor" klubu Türkiyə Futbol Federasiyasına müraciət ünvanlayıb.

 

Sportal.az xəbər verir ki, sivaslılar Super Liqanın 16-cı turunun "Qalatasaray"la matçının (1:2) yenidən keçirilməsini tələb edir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Qeyd edək ki, "Sivasspor" - "Qalatasaray" matçının 49-cu dəqiqəsində meydan sahibləri hesabı bərabərləşdirmişdi. Görüşün baş hakimi Erkan Özdamar qolu qeydə alsa da, VAR-ıb müdaxiləsindən sonra qol ofsayd səbəbindən ləğv edilmişdi.

Xəbər xətti