"Qalatasaray"ın müdafiəçisi derbidə oynamayacaq

20:30 - 2 Yanvar 2023

Türkiyənin "Qalatasaray" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Emre Taştemir sıradan çıxıb. Zədəsini sağaldıb komanda ilə məşqlər qoşulan futbolçu sağ ayaq əzələsindən xəsarət alıb.

 

27 yaşlı sol cinah müdafiəçisi Super Liqada "Ankaragücü" və "Fənərbaxça" ilə görüşlərdə iştirak etməyəcək.

 

Qeyd edək ki, Emre Taştemir cari mövsümdə meydana çıxdığı 3 Super Liqa matçında 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti