İstanbul derbisinə "Qalatasaray" azarkeşləri buraxılmayacaq

17:50 - 5 Yanvar 2023

"Fənərbaxça" həftəsonu Türkiyə Super Liqasının 17-ci turu çərçivəsində "Qalatasaray"ı qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, İstanbul derbisinə qonaq komandanın azarkəşləri buraxılmayacaq. Bu barədə İstanbul Valiliyi qərar qəbul edib. "Sarı-qırmızılar"ın azarkeşləri üçün nəzərdə tutulmuş biletlər də ev sahiblərinin fanatlarına satılacaq.

 

Qeyd edək ki, "Fənərbaxça" - "Qalatasaray" qarşılaşması 8 yanvar tarixində Bakı vaxtilə saat 20:00-da baş tutacaq.

Xəbər xətti