Derbi öncəsi "Qalatasaray"da İkardi sevinci

20:53 - 5 Yanvar 2023

"Qalatasaray" Türkiyə Super Liqasının 17-ci turu çərçivəsində səfərdə "Fənərbaxça"nın qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, İstanbul derbisi öncəsi "sarı-qırmızılar"ın bir zədəli oyunçusu sıraya dönüb. "Cim bom"un argentinalı hücumçusu Mauro İkardi tam sağalıb və bu gün komanda ilə birlikdə məşq edib.

 

Baş məşqçi Okan Buruk şans verəcəyi halda 30 yaşlı forvard "Fənərbaxça" ilə matça start heyətdə başlayacaq. Komandanın digər zədəli oyunçuları Kazımcan Karataşla Emre Taştemirinin isə müalicəsi davam edir.

 

Qeyd edək ki, "Fənərbaxça" - "Qalatasaray" qarşılaşması 8 yanvar tarixində Bakı vaxtilə saat 20:00-da baş tutacaq.

Xəbər xətti