"Trabzonspor" 3 xalı 3 qolla qazandı - VİDEO

10:56 - 6 Yanvar 2023

Türkiyə Super Liqasında 17-ci tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki. turun son oyun günündə "Trabzonspor" doğma meydanda "Giresunspor"u qəbul edib. Qara Dəniz derbisi Abdulla Avcının yetirmələrinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 29-a yüksəldən "Trabzonspor" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. "Giresunspor" isə 19 xalla 11-ci yerdədir.

 

"Trabzonspor" - "Giresunspor" 3:0

Qollar: Riyad Bayiç, 30 (avtoqol), Maksi Qomes, 69, Doğucan Haspolat,, 75

 

Xəbər xətti