İstanbul derbisinin hakimləri açıqlandı

14:21 - 6 Yanvar 2023

Türkiyə Super Liqasının 18-ci turu çərçivəsində baş tutacaq "Fənərbaxça" - "Qalatasaray" matçının hakimləri açıqlanıb.

Sportal.az xəbər verir ki, İstanbul derbisini Halil Umut Meler idarə edəcək. 

Yan xətt hakimləri Mustafa Emre Eyisoy və Süleyman Özay olacaq. Dördüncü hakim funksiyasını isə Abdulkadir Bitigen yerinə yetirəcək.

Qeyd edək ki, "Fənərbaxça" - "Qalatasaray" qarşılaşması 8 yanvar tarixində, Bakı vaxtilə saat 20:00-da baş tutacaq.

Xəbər xətti