Bu gün İstanbul derbisi var

13:13 - 8 Yanvar 2023

Türkiyə Super Liqasında 18-ci turun oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, bu gün İstanbul derbisi baş tutacaq. "Fənərbaxça" doğma meydanda əzəli rəqibi "Qalatasaray"ı qəbul edəcək. Qarşılaşma Bakı vaxtilə saat 20:00-da start götürəcək.

 

Matçı FIFA referisi Halil Umut Meler idarə edəcək. Yan xətt hakimləri Mustafa Emre Eyisoy və Süleyman Özay olacaq. Dördüncü hakim funksiyasını isə Abdulkadir Bitigen yerinə yetirəcək.

 

Hazırda "Qalatasaray" 36 xalla Super Liqanın lideridir. Rəqibindən 1 xal az toplayan "Fənərbaxça" isə turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Xəbər xətti