İstanbul derbisində "Qalatasaray" sevindi

22:15 - 8 Yanvar 2023

Türkiyə Super Liqasında 18-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, turun mərkəzi matçında "Fənərbaxça" doğma meydanda "Qalatasaray"ı qəbul edib. İstanbul derbisi "sarı-qırmızılar"ın 3:0 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 39-a yüksəldən "Qalatasaray" liderliyini davam etdirir. "Fənərbaxça" isə 35 xalla ikinci yerdədir.

 

"Fənərbaxça2 - "Qalatasaray" 0:3

Qollar: Serjio Oliveyra, 32, Kerem Aktürkoğlu, 78, Mauro İkardi, 90+11

Xəbər xətti