Lunyovun menecerindən açıqlama: "Qarabağ"dan rəsmi məktub gəlib"

15:36 - 28 Yanvar 2023

Adı "Qarabağ"la hallanan "Bayer"in (Leverkuzen) qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnov açıqlama verib.

 

Sportal.az xəbər verir ki, "RB Sport"a danışan funksioner rusiyalı qolkiperə bir neçə ölkədən təklif olduğunu deyib:

 

"Bayer"in heyətinə yeni qapıçı cəlb etməsi vəziyyəti 180 dərəcə dəyişib. Transfer pəncərəsinin bağlanmasına bir neçə gün qalmış yeni klub axtarmaq çətindir, amma bir neçə variantımız var. "Qarabağ"la birbaşa danışıqlar aparmamışıq, amma bu gün "Bayer"in idman direktoru mənə dedi ki, Azərbaycan təmsilçisinin Lunyovu almaq istəyi var, kluba rəsmi məktub gəlib. Rəhbərlik qapıçının qərarına hörmət edir. Məqbul variant və sağlamlığı ilə bağlı hər şey qaydasında olarsa, onu buraxacaq. Əks halda, Andrey müqaviləsinin sonunadək "Bayer"də qalacaq. Vəziyyətinə baxıb qərar verəcəyik. Yaxın müddətdə meydana qayıda bilsə, başqa kluba keçməyə çalışacaq. Elə ölkələr var ki, məsələn, Türkiyə və Azərbaycan, orada transfer pəncərəsi gec bağlanır".

Xəbər xətti