Almaniyanın "Ayntraxt" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi qapıçı Kevin Trappla "nikah təzələyib". 32 yaşlı "əlcək sahibi" 2026-cı ilin yayına kimi Frankfurt klubuna məxsus olacaq.
Qeyd edək ki, Kevin Trapp "Ayntraxt"a 2019-cu ilin yayında PSJ-dən transfer olunub. Alman qolkiper cari mövsümdə komandanın heyətində 26 rəsmi matçda meydana çıxıb. Təcrübəli qapıçı 7 görüşdə qapısını toxunulmaz saxlamağı bacarıb.