Türkiyə klubunun yeni baş məşqçisi açıqlandı

16:31 - 23 Mart 2023

Türkiyənin "Ankaragücü" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Tolunay Kafkas çalışdıracaq. Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. 58 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.

Son iş yeri Türkiyə U-21 millisini olan Tolunay Kafkas "Ankaragücü"nün baş məşqçisi postunda Sedat Ağçayı əvəz edib.

Xəbər xətti