İngiltərənin "Tottenhem" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, London təmsilçisinin əsas hədəfi "Mançester Yunayted"də çıxış edən Harri Maquayrdır. "Tottenhem" "qırmızı şeytanlar"ın yollarını ayırmaq istədiyi ingilis futbolçu ilə danışıqlara başlayıb.
Mançester təmsilçisi komandadan göndərmək istədiyi 30 yaşlı mərkəz müdafiəçisinə ayrılması üçün 12 milyon avro ödəməyə də hazırdır.
Qeyd edək ki, "Mançester Yunayted" Harri Maquayrı 2019-cu ilin yayında "Lester Siti"dən transfer edib. İngiltərə millisinin üzvü cari mövsümdə komandanın heyətində 31 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi