"Qalatasaray" müdafiəçisini Belçikaya göndərdi

20:12 - 6 Sentyabr 2023

Türkiyənin "Qalatasaray" klubu futbolçusu Emin Bayramı icarəyə verib.

Sportal.az xəbər verir ki, 20 yaşlı mərkəz müdafiəçisi Belçikada çıxış edəcək. Gənc oyunçu "Vesterlo"ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyə U-21 millisinin üzvü 2023/2024 mövsümünü icarə əsasında "Vesterlo"nun heyətində keçirəcək.

Qeyd edək ki, Emin Bayram "Qalatasaray"ın yetirməsidir. O, "sarı-qırmızsılar"ın əsas komandasının heyətində 20 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti