"Atletiko"nun yarımmüdafiəçisi Aksel Vitsel Eden Hazardın karyerasını bitirməsinin səbəbini açıqlayıb.
Sportal.az xəbər verir ki, 34 yaşlı futbolçunun Edenin verdiyi qərara münasibəti belə olub:
"O, mənim üçün qardaş kimidir. Uzun illər millidə bir yerdə oynamışıq. Məncə, Edenin fantastik karyerası var. Amma son illərdə işlər bir az daha mürəkkəbləşdi. Çünki zədələndi. Düşünürəm ki, karyerasının son iki ili ona baha başa gəldiyi üçün bu qərarı verib. Futbolçu mütəmadi olaraq zədələnəndə psixoloji durumu çətin keçir. Çox təəssüf ki, belə alındı".
saytlarin hazirlanmasi